Bu gün Bakıda və bölgələrdə qaz kəsiləcək

Bu gün Bakıda və bölgələrdə qaz kəsiləcək
# 15 noyabr 2013 08:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının bəzi rayonlarında və bölgələrdə təbii qazın verilişində fasilələr olacaq. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təbii qazın verilişində məhdudiyyətlər aparılan təmir işləri ilə əlaqədardır.

Məlumata görə, bu gün saat 18:00-dək Qaradağ, Şamaxı, Füzuli, Xızı rayonlarının bir hissəsinə və Yevlax rayonunun Kövər kəndinə, saat 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, saat 15:00-dək Abşeron və Xətai rayonlarının bir hissəsinə, saat 18:00-dək Ağstafa rayonuna, Qazax və Samux rayonlarının bir hissəsinə, saat 14:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 16:00-dək Samux rayonunun bir hissəsinə, saat 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək isə Tərtər rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR