Ombudsmanın nümayəndələri müvəqqəti saxlama yerlərinə, polis bölmələrinə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə baş çəkib

Ombudsmanın nümayəndələri müvəqqəti saxlama yerlərinə, polis bölmələrinə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə baş çəkib
# 30 oktyabr 2013 09:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsman Aparatının nümayəndələri müvəqqəti saxlanma yerlərinə, polis bölmələrinə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirib.

Aparatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrinə, Abşeron Rayon Polis Şöbəsinə və bu şöbənin MSY-sinə, habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinə planlı baş çəkiblər.

Başçəkmələr zamanı saxlanılma şəraiti və rəftar məsələləri araşdırılıb, bununla bağlı şikayətlər daxil olmayıb. Həmçinin saxlanılan şəxslərə hüquqları izah edilib, MPQ-nin həkim üzvü onların hər birinin səhhəti ilə maraqlanıb.

Qrupun üzvləri adı çəkilən müəssisələrin rəhbərlərinə başçəkmənin yekununda müvafiq tövsiyələr veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR