Azərbaycanda xidmətlər indeksi kəskin artıb

Azərbaycanda xidmətlər indeksi kəskin artıb
# 29 yanvar 2014 10:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin dekabr ayı üzrə 139,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayı ilə müqayisədə 35,0 faiz bəndi artıb.

Göründüyü kimi, artımla yanaşı indeks 100%-dən yuxarı səviyyədə qalıb. İndeksin 100%-dən artıq olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki ayla müqayisədə artmasından xəbər verir. Qeyd edək ki, xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Belə ki, dekabrda əhaliyə 859,4 mln. manat həcmində pullu xidmətlər göstərilib, noyabrda isə bu həcm 617,7 mln. manata enib. Müqayisə üçün bildirək ki, oktyabr ayında bu göstərici 593,3 mln. manata bərabər olub.

Ümumilikdə, ötən il ərzində əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 6,527 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 8,2% çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin ÜDM-də xüsusi çəkisi 11,3%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR