Sahibkarlığa Kömək Milli Fondu Beyləqan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu Beyləqan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 22 yanvar 2014 08:48 (UTC +04:00)

Bakı - APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Beyləqan rayonu üzrə sahibkarlıq subyektlərindən iri taxılçılıq təsərrüfatının yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının yaradılması, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR