Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 28 yanvar 2014 06:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,92 dollar və ya 0,9% azalaraq 1 barelə görə 95,72 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, yanvarın 27-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,19 dollar və ya 1,1% azalaraq 106,61 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR