Yəməndə pilotsuz təyyarə toy mərasimini atəşə tutub, azı 10 nəfər ölüb

Yəməndə pilotsuz təyyarə toy mərasimini atəşə tutub, azı 10 nəfər ölüb
# 13 dekabr 2013 01:02 (UTC +04:00)

Bakı-APA. Yəməndə toy mərasimi zamanı pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində azı 10 nəfər ölüb. APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, xeyli insan yaralanıb.

Hadisə paytaxt Sanadan 150 km cənub-şərqdə yerləşən Əl-Beydə vilayətinin Rədə şəhərində baş verib. Ehtimala görə, toy kortejinə zərbəni ABŞ-ın pilotsuz təyyarəsi endirib.

Xatırladaq ki, ABŞ Yəmənin güc strukturlarına ekstremistlərə qarşı mübarizədə fəal yardım göstərir.

Kömək maddi-texniki dəstək və yerli təhlükəsizlik qüvvələrinə təlimi nəzərdə tutsa da, amerikalılar Yəmən ərazisində hərbi əməliyyatlar həyata keçirir, o cümlədən, pilotsuz təyyarələrdən istifadə edirlər.

Son illər, pilotsuz təyyarələrin zərbələri nəticəsində, dinc sakinlər də daxil olmaqla, yüzlərlə yəmənli həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR