Bakıda MDB gömrük orqanlarının hüquq-mühafizə bölmələri başçılarının iclası keçiriləcək

Bakıda MDB gömrük orqanlarının hüquq-mühafizə bölmələri başçılarının iclası keçiriləcək
# 02 noyabr 2013 08:56 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Noyabrın 7-də Bakıda MDB Gömrük xidmətləri rəhbərləri Şurasının Hüquq-mühafizə orqanları başçıları Komitəsinin iclası keçiriləcək. APA-nın MDB-nin İcraiyyə Komitəsinin veb-saytına istinadən verdiyi məlumata görə, iclasda 13 əsas məsələnin müzakirə ediləcəyi gözlənilir.

Tədbir iştirakçıları Azərbaycan Dövlət Gömrük Komitəsinin hüquq-mühafizə bölmələrinin qanun pozuntuları və qaçaqmalçılıqla mübarizəsi sahəsində təcrübəsinə dair təqdimatla tanış olacaqlar. Həmçinin, beynəlxalq narkotik dövriyyəsi ilə mübarizənin aparılması, gömrük əməkdaşlarının peşəkarlığının artırılması, kinoloji fəaliyyət, iqtisadi cinayətkarlıqla mübarizə ilə bağlı məsələlər diqqət mərkəzində saxlanacaq.

Bundan başqa, Komitə üzvləri qurumun 2013-cü ildəki fəaliyyətini qiymətləndirərək ona yekun vuracaq və növbəti il üçün planları müzakirə edəcəklər.

Qeyd edək ki, Bakı toplantısı sayca 10-cu iclas olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR