Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib

Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib
# 18 sentyabr 2013 13:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib.

Prezident və xanımı inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış olublar. Mərkəzdə rayonun icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.

Memarlıq və tikinti şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı prezidentə Quba şəhərinin baş planı, rayonun elektron xəritəsi və görülən işlərlə bağlı geniş məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR