BMT-də Fələstin xalqı ilə Beynəlxalq həmrəylik ilinin başlanğıcı mərasimi keçirilib

BMT-də Fələstin xalqı ilə Beynəlxalq həmrəylik ilinin başlanğıcı mərasimi keçirilib
# 17 yanvar 2014 08:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Nyu-Yorkda BMT mənzil-qərargahında Fələstin xalqı ilə Beynəlxalq həmrəylik ilinin başlanğıcı mərasimi keçirilib.

APA – nın BMT Xəbər Mərkəzinə istinadən verdiyi məlumata görə, BMT baş katibi Pan Gi Mun bəyan edib ki, 2014-cü il 1967-ci ildə başlayan işğalın sonuna gətirə biləcək qərarların qəbulu üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Baş katibin I müavini Yan Elliasson isə İsrail və Fələstin siyasətçilərinin mübahisəli məsələlərin həllinə yönəlik səylərini önə çəkib.

“Bu, 1967-ci ildə başlayan işğalın, münaqişənin sonuna gətirəcək sülh deməkdir. Bu, təhlükəsiz şəraitdə yaşayan İsrailin yanında müstəqil Fələstin dövlətinin yaradılmasının təminatıdır. Yekun status Qüdsün hər iki dövlətin paytaxtı olacağını, habelə milyonlarla fələstinli qaçqının taleyi ilə bağlı problemin ədalətli həllini nəzərdə tutur”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR