Təhsil İdarəsi müəllimlərə müraciət edib

Təhsil İdarəsi müəllimlərə müraciət edib
# 19 iyun 2014 14:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müəllimlərə müraciət edib.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq sınaq qiymətləndirilməsinin nəticələrinin idarənin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərarı alınıb. Müəllimlər nəticələrlə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola biləcəklər.

Sınaq qiymətləndirilməsində iştirak edən bir qisim müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında yol verdikləri səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib.

Qeyd edək ki, hazırda nəticələrin emalı prosesi yekunlaşıb və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur. Müəllimlər ən qısa müddət ərzində öz nəticələri ilə tanış ola biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR