Oqtay Əsədov: “Azərbaycan xalqı müdrik xalq olaraq öz sevimli prezidentini yenidən seçəcək”

Oqtay Əsədov: “Azərbaycan xalqı müdrik xalq olaraq öz sevimli prezidentini yenidən seçəcək”
# 30 sentyabr 2013 09:38 (UTC +04:00)

APA-nın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, ölkə çox mühüm siyasi proses ərəfəsindədir. O qeyd edib ki, oktyabrın 9-da prezident seçkiləri keçiriləcək və əminlik var ki, Azərbaycan xalqı müdrik xalq olaraq öz sevimli prezidentini yenidən seçəcək.

Deputat Elman Məmmədov dövlət əhəmiyyətli təbirlərdə dövlət himninin oxunması məsələsinə toxunaraq iradlarını bildirib. O qeyd edib ki, çoxları himn səslənərkən oxumur: “Parlamentdə hüquqşünaslarımız var. Mən istəyirəm ki, bu sualı cavablandırsınlar ki, belə tədbirlərdə istənilən şəxs dövlət himnini oxuya, istənilən şəxs oxumaya bilərmi?”

Deputat Sabir Rüstəmxanlı da eyni iradla çıxış edərək, buna ciddi yanaşılmasını tələb edib. O, həmçinin soyadlar məsələsinə toxunaraq bildirib ki, hələ də “ov”, “yev” soyadlarını yeni doğulan uşaqlara qoyanlar var və bunun qarşısı alınmalıdır.

Deputat Gövhər Baxşəliyeva tez-tez hansısa kənddə ərin arvadın başını kəsdiyi, qardaşın bacını öldürdüyü barədə xəbərlər oxuduqlarını bildirib: “Bu, nə vaxta qədər davam edəcək?”

Deputat Qənirə Paşayeva hər iki valideynini itirmiş uşaqların təhsil haqqından azad edilməsinin müsbət addım olduğunu söyləyib: “Birinci qrup əlillərlə bağlı məsələyə baxmaq lazımdır. Birinci qrup əlillər ali məktəblərdə ödənişli ixtisaslara düşərsə, pul ödəməlidir. Mən iki gözünü itirmiş uşaqla bağlı müraciət etmişdim. Bu uşağın ödənişli ixtisasda təhsil almaq imkanı yoxdur. Rektor da mənə dedi ki, bu uşaqlara qanunda güzəşt nəzərdə tutulmayıb. Ona görə də birinci qrup əlil uşaqların da ödənişli təhsildən azad edilməsi məsələsinə baxaq”.

Deputat Sahib Alıyev isə prezidentliyə namizədlərin iştirakı ilə keçirilən debatlardan narazılığını bildirib: “Debatlar elə səviyyədə keçir ki, adamın ürəyi bulanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR