Yaşıl Teatrda dünyanın ən böyük qısametrajlı film festivalı keçiriləcək

Yaşıl Teatrda dünyanın ən böyük qısametrajlı film festivalı keçiriləcək
# 04 sentyabr 2013 14:47 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sentyabrın 14-də “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Yaşıl Teatrın böyük ekranında dünyanın ən böyük qısametrajlı film festivalı - “Future Shorts” çərçivəsində ekran əsərləri nümayiş etdiriləcək.

APA-nın məlumatına görə, “Future shorts” dünyanın 90 ölkəsində, 300 şəhərində keçirilən və 1400 nümayişdən ibarət ən nəhəng qısametrajlı filmlər festivalıdır.

“Future Shorts” və “Secret Cinema” festivallarının yaradıcısı və interaktiv tədbirlərin təşkili ilə məşğul olan “Future Cinema” şirkəti bu il iyulun 29-da “Future Shorts” festivalının yay mövsümünü açıq elan edib.

Artıq 10 ildir ki, dünyanın ən böyük məkanlarında nümayiş olunan qısametrajlı filmləri və onların rejissorlarını geniş ictimaiyyətə təqdim edən “Future Shorts” festivalı Finlandiya, Meksika, Monqolustan, Qazaxıstan vəs. ölkələrdə tamaşaçı auditoriyasını özünə cəlb edə bilib. “Future Shorts” festivalının 2013-cü ilin yay mövsümü proqramında dünyanın müxtəlif ölkələrindən seçilmiş və tənqidçilərin rəğbətini qazanmış 6 film öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR