“Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlayır

“Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlayır
# 20 iyun 2014 09:52 (UTC +04:00)

“Xəzər Lənkəran” daha bir futbolçunun transferini reallaşdırmağa yaxındı. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” Rəşad Sadiqovun ardından Aleksandr Şemonayevi də heyətinə qatmaq üzrədi.

Belə ki, cənub təmsilçisinin baş məşqçisi Oğuz Çətin AZAL-la müqaviləsi başa çatan müdafiəçini sərəncamında görməkdə israrlıdı. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Şemonayev karyerasının çox hissəsini “Simurq”da keçirib. Zaqatala futbol məktəbinin yetirməsi olan müdafiəçi yalnız ötən mövsümü AZAL-da keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR