Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib - FOTO

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 20 iyun 2014 09:53 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyunun 20-də Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə, iyunun 20-də komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ şəhərindəki 9 saylı Ərazi İdarəsində keçirilən qəbulda K.Həsənov bölgə vətəndaşlarının şikayət və təkliflərini dinləyib. Qəbul zamanı müraciətlər əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlərlə bağlı olub. Qəbulda 50-yə yaxın vətəndaş iştirak edib.

Qurum rəhbəri qəbula gələn hər bir vətəndaşın müraciətini ayrı-ayrılıqda dinləyərək, qurumun səlahiyyətinə aid məsələlərin həlli üçün struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Müraciətlərdə qaldırılan bir sıra məsələlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb. Həmçinin vətəndaşlara hüquqi qaydalar izah olunub və araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə baxılması və müvafiq tədbirlər görülməsi məqsədilə əlaqədar qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR