Mahaçqala polisi: Azərbaycan vətəndaşları Arif Hacılı və Gülağa Aslanlı Bakıya geri göndərilib - YENİLƏNİB - VİDEO

Mahaçqala polisi: Azərbaycan vətəndaşları Arif Hacılı və Gülağa Aslanlı Bakıya geri göndərilib - <span style="color: red;">YENİLƏNİB  - VİDEO
# 10 mart 2014 10:49 (UTC +04:00)

A.Hacılının qardaşı, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli APA-ya bildirib ki, A.Hacılı və G.Aslanlı RF-nin Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində polis tərəfindən saxlanılaraq yerli polis idarəsinə aparılıblar: “Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala stansiyasında A.Hacılı və G.Aslanlını qatardan düşürərək polis idarəsinə aparıblar. Saxlanılmanın səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Guya onlar nə isə səs-küy salıblar”.

Mahaçqala Nəqliyyatda Daxili İşlər İdarəsindən isə APA-nın sualına cavab olaraq bildiriblər ki, Azərbaycan vətəndaşları Arif Hacılı və Gülağa Aslanlı artıq Bakıya geri qaytarılıblar. İdarədən onların hansı səbəbdən saxlanıldıqları barədə heç nə deyilməyib.

Hələlik A.Hacılı və G.Aslanlının polis idarəsindən buraxılıb-buraxılmadıqları haqda dəqiq məlumat yoxdur.

****

Saat 11.45

Krıma getmək istəyən Azərbaycan müxalifətçiləri Rusiya ərazisində saxlanılıb

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar”.

Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR