Bakıda 3 gün öncə suda boğulan şəxsin meyiti tapılıb

Bakıda 3 gün öncə suda boğulan şəxsin meyiti tapılıb
# 11 iyun 2013 15:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 3 gün öncə suda boğulan şəxsin meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 08 iyun 2013-cü il tarixində Binəqədi rayonun ərazisində dənizdə (“Fatmai” sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda, nəzarətsiz ərazidə) çimərkən batan 2001-ci il təvəllüdlü İslam Hüseyn oğlu Musayevin axtarışları başa çatıb. İ. Musayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR