Somalidə baş verənlərə etiraz olaraq Bakıda intihar etmək istəyən tələbə qızı XİLASETMƏ VİDEOSU - YENİLƏNİB

Somalidə baş verənlərə etiraz olaraq Bakıda intihar etmək istəyən tələbə qızı <span style="color: red;">XİLASETMƏ VİDEOSU - YENİLƏNİB
# 21 iyun 2014 10:23 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilin eyvanından aşağı atmaq niyyətindədir.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, qadınla söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

Xilasetmə əməliyyatı saat 11:03-də başa çatıb.

***

saat 12.00

Bakı. Fuad Cəfərov - APA. Bakıda 20 yaşlı qız intihara cəhd edib.


Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hidayətzadə küçəsi 37 a, mənzil 46-da qeydə alınıb.

Bakı şəhər sakini, Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova yaşadığı binanın 14-cü mərtəbəsinə çıxaraq özünü atmaq istəyib.

G. Həsənova hadisə yerində olan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fikrindən daşındırılıb.

Polisdən G. Həsənovanın Somalidə insanlara qarşı olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq intihar etmək istədiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR