Əlaçı və həmkar təşkilatının fəalı olan ali məktəb tələbələrinə adlı təqaüdün təqdimat mərasimi keçirilib

Əlaçı və həmkar təşkilatının fəalı olan ali məktəb tələbələrinə adlı təqaüdün təqdimat mərasimi keçirilib
# 21 oktyabr 2013 10:39 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Həmkarlar İttifaqları Konfederasiyasında yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkar təşkilatının fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında danışıb. S.Mehbalıyev bildirib ki, 60 tələbəyə 300 manat olmaqla altı aylıq adlı təqaüd veriləcək: “Gəncləri savadlı, təhsilli yetişdirmək Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu gün 2700 tələbə xaricdə oxuyur və onların xərcləri dövlət tərəfindən ödənir. Həmin gənclərə Azərbaycanda ehtiyac var və onların bir qismi artıq Azərbaycana qayıdıb. Azərbaycanda hələlik həmin ixtisasların hazırlanması üçün imkanlar yoxdur. İnanıram ki, təqaüd alan tələbələr bundan sonra da ictimai işlərdə fəal iştirak edəcəklər”.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov adlı təqaüdlərin təsis olunması və ATİAHİ-nin bu işdə göstərdiyi təşəbbüsü təqdirəlayiq hal kimi qiymətləndirib.

Təqdimat mərasimində təqaüdə layiq görülən tələbələrə təqaüd paketləri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR