ABŞ dövlət katibinin müavini: “ABŞ hazırkı şərtlərdə İrana qarşı yeni sanksiya tətbiq etməyəcək”

ABŞ dövlət katibinin müavini: “ABŞ hazırkı şərtlərdə İrana qarşı yeni sanksiya tətbiq etməyəcək”
# 04 oktyabr 2013 10:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ hazırkı şərtlərdə İrana qarşı yeni sanksiya tətbiq etməyəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şerman ABŞ Senatının Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ Konqresinin rəsmi Tehrana qarşı hər hansı bir yeni sanksiya qərarını oktyabrın 15-16-da İranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilməsi planlaşdırılan nüvə müzakirələrindən sonraya təxirə salması hər kəsin xeyrinədir.

Bu arada ABŞ prezidenti Barak Obamanın da ölkə konqresmenlərindən İrana qarşı sanksiya məsələsini gündəmə gətirməməyi istəmədiyi bildirilir. Belə ki, B.Obamanın ABŞ Konqresindən rəsmi Tehrana qarşı hər hansı bir yeni sanksiya qərarını Cenevrədəki nüvə müzakirələrinin nəticələrinə görə almasını xahiş etdiyi vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR