Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinin təxirə salınmasına səy göstərir

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinin təxirə salınmasına səy göstərir
# 25 oktyabr 2013 11:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinin təxirə salınmasına səy göstərir.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ağ Ev ABŞ Senatına təzyiq göstərmək məqsədilə bir toplantı təşkil edəcək. Məqsəd ABŞ Senatının Bank Komitəsinin noyabr ayında İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin təxirə salınmasına nail olmaqdır.

Qeyd edək ki, ABŞ Konqresi İrana qarşı daha sərt sanksiyalar tətbiq edir. Ancaq Obama administrasiyası İranla “altılıq” arasındakı nüvə müzakirələrinə fürsət verilməsi üçün zaman tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR