Türkiyədə həbs olunan tanınmış şəxslərin polisdə ilkin dindirilməsi başa çatıb və onlar prokurorluğa göndərilib - FOTO

Türkiyədə həbs olunan tanınmış şəxslərin polisdə ilkin dindirilməsi başa çatıb və onlar prokurorluğa göndərilib - <span style="color: red;">FOTO
# 20 dekabr 2013 10:39 (UTC +04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, aralarında daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, İstanbulun Fatih rayonunun hakim partiya AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, iş adamları Rza Zərrab, Əli Ağaoğlu və “Halkbank”ın baş müdiri Süleyman Aslanın da olduğu 50 nəfər bu gün səhər prokurorluğa göndərilib. Prokuror bu şəxslərin ifadələrini aldıqdan sonra onları həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə göndərmək və ya sərbəst buraxmaq hüququna malikdir.

Qeyd edək ki, polis tərəfindən dekabrın 19-da prokurorluğa göndərilən 10 nəfərdən 2-si sərbəst buraxılıb, 8-i isə həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə göndərilib. Məhkəmə “rüşvət üçün anlaşmaq, rüşvət almaq, rüşvət vermək” ittihamı əsasında bu şəxslər haqqında həbs qərarı verib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul polisinin keçirdiyi geniş miqyaslı əməliyyat zamanı 89 nəfər saxlanılıb. Onlardan 13-ü qısa müddət sonra polis tərəfindən sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR