Azərbaycanda “Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimləri” keçiriləcək

 Azərbaycanda “Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimləri” keçiriləcək
# 19 iyul 2013 13:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkilatçılığı ilə Azərbaycanda “Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimləri” keçiriləcək. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

İyulun 22-dən avqustun 2-dək Agentliyin Göygöl Regional Təlim bazasında keçiriləcək təlim kursunda Əfqanıstan, Tacikistan, İraq, Anqola, İordaniya, Liviya, Livan, Mozambik, Şri-Lanka, Uqanda, Amerika Birləşmiş Ştatları, eləcə də GICHD və Azərbaycandan mina aksiyası üzrə mütəxəssislər iştirak edəcək.

Qeyd olunmuş kursun əsas məqsədi coğrafi məkan məlumatları dəqiqliyi tələblərinin və Şübhəli Təhlükəli Ərazilərin Ləğv Edilməsi prosesinin hər mərhələsində müvafiq toplama üsullarının istifadə edilməsinin təhlil edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR