Bərdədə dünən intihara cəhd edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Bərdədə dünən intihara cəhd edən şəxs xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2014 09:03 (UTC +04:00)

Bu barədə APA-nın Qarabağ bürosuna Bərdə Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

E. Xəlilovun keçirilən cərrahiyə əməliyyatından az sonra dünyasını dəyişdiyi bildirilib.

Xatırladaq ki, rayonun Xanərəb kənd sakini, 1983-cü ildə anadan olmuş Xəlilov Elnur Xəlil oğlu dünən axşam saatlarında ov tüfəngindən özünə atəş açaraq intihar etməyə cəhd göstərib.

E. Xəlilov ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb.

***

26 Yanvar 2014 21:51

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdədə 31 yaşlı gənc intihara cəhd edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Xanərəb kənd sakini, 1983-cü ildə anadan olmuş Xəlilov Elnur Xəlil oğlu ov tüfəngindən özünə atəş açaraq intihar etməyə cəhd göstərib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan E. Xəlilovun vəziyyətinin ağır olduğu bildirilir. Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR