Luqansk vilayətində 20-yə yaxın separatçı və terrorçu məhv edilib, 2 Ukrayna hərbçisi həlak olub - VİDEO

Luqansk vilayətində 20-yə yaxın separatçı və terrorçu məhv edilib, 2 Ukrayna hərbçisi həlak olub - <span style="color: red;">VİDEO
# 23 may 2014 10:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində antiterror əməliyyatı haqda məlumatlandırma üzrə operativ qrupun rəhbəri Vladislav Seleznyov açıqlama yayıb.

V. Seleznyov Luqansk vilayətinin Rubejnoye şəhəri yaxınlığında yerli separatçılar və Rusiyadan gəlmiş muzdlulardan ibarət silahlı dəstənin zərərsizləşdirildiyini açıqlayıb: “Silahlı qrupun itkiləri 20-yə yaxın ölü və 30-a yaxın yaralıdan ibarətdir. Təəssüf ki, Ukrayna tərəfi də itki verib. Əməliyyat zamanı bizim 2 hərbçimiz həlak olub, 7-si yaralanıb”.

Qeyd edək ki, son günlər Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətləri ərazisində separatçı-terrorçu qruplarla hökumət qüvvələri arasında toqquşmalar daha da intensivləşib. Mayın 22-də Donetsk vilayətinin Volnovaxa şəhəri ətrafında düşərgə quran Ukrayna Silahlı Qüvvələrinin motoatıcı dəstəsinə hücum nəticəsində 16 Ukrayna hərbçisi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR