Netanyahu: “İrana qarşı sanksiyalar daha da sərtləşdirilməlidir”

Netanyahu: “İrana qarşı sanksiyalar daha da sərtləşdirilməlidir”
# 15 iyul 2013 08:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran nüvə proqramı ilə bağlı fəaliyyətlərini sürətlə irəlilətməkdədir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, bu vəziyyətin qarşısını alınmalıdır: “Bunun üçün də dünya ictimaiyyətinin İrana qarşı sanksiyaları daha da sərtləşdirməsi lazımdır”.

B.Netanyahu deyib ki, İranın uranın zənginləşdirilməsi sahəsindəki gücü və qabiliyyəti bir plutonium reaktoru quracaq səviyyədədir: “İran ballistik raketlərin istehsalı sahəsində də gücünü artırıb”.

İranın nüvə proqramının dayandırılmasının yeganə yolunun iqtisadi sahədəki sanksiyaların əvvəlkilərdən daha çox artırılması olduğunu deyən B.Netenyahu bu məsələdə ABŞ-ın üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR