Mahaçqalada xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb, 3 xüsusi təyinatlı yaralanıb

Mahaçqalada xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb, 3 xüsusi təyinatlı yaralanıb
# 15 aprel 2014 21:55 (UTC +04:00)

Bakı-APA. Dağıstanın paytaxtı Mahaçqalada keçirilmiş xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında bildirilir.

Ötən gün xüsusi təyinatlılar Mahaçqalanın Leninski rayonunda yerləşən “Palmira” bağlar massivində silahlıların olduğu fərdi evi mühasirəyə alıb. Bundan əvvəl atışma zamanı 5 silahlının öldürüldüyü bildirilirdi.

Xüsusi təyinatlılar mühasirəyə alınmış evdən 2 uşaq və ev sahibinin yoldaşını çıxarmağa müvəffəq olub. Döyüş zamanı bir xüsusi təyinatlı yaralanıb, 2-si isə yanıq xəsarətləri alıb.

Əməliyyat-istintaq tədbirlərinin səhər saatlarında davam etdiriləcəyi vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR