Masallıda mal-qara oğruları yaxalanıb - FOTO - VİDEO

Masallıda mal-qara oğruları yaxalanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 12:07 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda vətəndaşa məxsus 5 baş iribuynuzlu heyvan oğrusu yaxalanıb.

Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Anar Xəlilov məlumat verib.

Onun sözlərinə görə, rayonun Tatyanoba kənd sakini Hacıbaba Əvəz oğlu Mustafayev iyunun 26-da RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus beş baş iribuynuzlu mal-qaranın yaşadığı kənddə yerləşən otlaq sahəsindən naməlum şəxs və şəxslər tərəfindən gizli olaraq oğurlandığını bildirib.

Masallı RPŞ əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq faktında şübhəli bilinən rayonun Banbaşı kənd sakini Emin Zabil oğlu Zeynalov saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirmə zamanı törətdiyi əməli boynuna alan E.Zeynalov oğurladığı 5 baş irubuynuzlu mal-qaranı tanışı, rayonun Böyük Xocavar kənd sakini Elnur Cəfər oğlu Təhməzova satdığını bildirib. Polis əməkdaşları E.Təhməzovu da şübhəli şəxs qismində saxlamaqla oğurlanmış 5 baş iribuynuzlu mal-qaranı maddi sübut kimi götürüblər.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR