İraqda terrorçu-kamikadze haqda videoçarx çəkilişi zamanı partlayış baş verib, 21 silahlı ölüb

İraqda terrorçu-kamikadze haqda videoçarx çəkilişi zamanı partlayış baş verib, 21 silahlı ölüb
# 10 fevral 2014 15:52 (UTC +04:00)

Bakı – APA. İraqda minalanmış avtomobilin partlaması nəticəsində 21 nəfər silahlı ölüb.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, hadisə Bağdad yaxınlığında yerləşən qəsəbədə baş verib.

Partlayış zamanı terrorçu-kamikadze də ölüb.

Məlumata görə, partlayış terrorçu-kamikadze haqda təbliğat xarakterli videoçarxın çəkilişi zamanı baş verib. Çəkiliş aparıldığı yerin texniki xəta üzündən yaxınlıqdakı avtomobil partlayıb. Həmin avtomobildən silahlılar terror aktı üçün istifadə etməyi planlaşdırırdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR