Cenevrədə İran xarici işlər naziri ilə Ketrin Eşton arasında görüş keçirilib - FOTO

Cenevrədə İran xarici işlər naziri ilə Ketrin Eşton arasında görüş keçirilib  - <span style="color: red;">FOTO
# 07 noyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün İsveçrənin Cenevrə şəhərində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında təkbətək görüş keçirilib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, qapalı qapılar arxasında keçirilən görüşün detalları barədə ətraflı məlumat verilməsə də, faydalı olduğu bildirilib. Bundan sonra yerli vaxtla saat 11:00-da İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb.

Danışıqlar bir saat yarım davam edib və tərəflər nahar fasiləsinə ayrılıblar. Hazırda tərəflər arasında nüvə müzakirələri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR