Hidrometeoroloqlar Azərbaycan ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq yayıb - VİDEO - YENİLƏNİB

Hidrometeoroloqlar Azərbaycan ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq yayıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2014 09:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Bakı və Abşeron yarımadasında mayın 20-də hava şəraitinin dəyişəcəyi, şimal qərb küləyinin axşama doğru arabir güclənəcəyi gözlənilir. Yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

Mayın 20-də qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 20-dən 22-dək Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi, atmosfer təzyiqin yüksələcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

***

Saat 11.20

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunacaq ilkin proqnozu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabahdan şimal küləyinin güclənəcəyi gözlənilir.

Onun sözlərinə görə, şimal küləyinin güclənməsi nəticəsində ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək.

Belə hava şəraiti mayın 20-də və 21-də müşahidə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR