Bu il Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 20 mln. manata yaxın sığorta ödənişi edilib

Bu il Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 20 mln. manata yaxın sığorta ödənişi edilib
# 07 noyabr 2013 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə 1 737 sığorta tələbi ilə bağlı 2 301 982 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələrinə dəyən zərər üzrə 1 641 sığorta tələbi ilə bağlı 2 125 711 manat, əmlaka dəyən zərər üzrə 43 sığorta tələbi ilə bağlı 58 622 manat, sağlamlığa dəyən zərər üzrə 39 sığorta tələbi ilə bağlı 47 649 manat və şəxsin ölümü üzrə 14 sığorta tələbi ilə bağlı 70 000 manat ödənilib.

Ötən ay avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1 295 manat olub.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 14 308 sığorta tələbi ilə bağlı 19,8 mln. manatdan artıq sığorta ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR