Səfir: «Türkiyə və Azərbaycan iqtisadi potensialını üçüncü dövlətlərə istiqamətləndirməlidir»

Səfir: «Türkiyə və Azərbaycan iqtisadi potensialını üçüncü dövlətlərə istiqamətləndirməlidir»
# 25 oktyabr 2013 09:01 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib: «Bu, yüksək və önəmli rəqəmdir, lakin kifayət deyil».

Səfir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə keçən ilə nisbətən artıb.

«İlk rəqəmlərə nəzər yetirdikdə artım olduğunu müşahidə edə bilərik, təxminən 20% artımın olduğunu deyə bilərik. Azərbaycan və Türkiyə inkişaf dövrlərini yaşayır. Hər iki ölkənin böyük potensialı var. Burada mühüm məsələ Türkiyə və Azərbaycan iqtisadiyyatlarının bir-birini dəstəkləyərək inkişaf etməsi, Türkiyədəki əlavə dəyərin Azərbaycana, sizin ölkənizdəki dəyəri isə Türkiyəyə gətirmək önəmli bir məsələdir. Bu, həm millətimizin daha ucuz və keyfiyyətli məhsullar əldə etməsinə, həm Azərbaycan və Türkiyənin müstəqil istehsal güclərinin inkişaf etdirilməsinə yardım edəcək. Hesab edirəm ki, burada ən mühüm olan məsələ tədricən Azərbaycan və Türkiyənin bu potensialı üçüncü bazarlara istiqamətləndirərək, ona uyğun şəkildə əməkdaşlıq etmələri ola bilər. Düşünürəm ki, bu şəkildə ticarətimiz də artacaq», - deyə türkiyəli səfir vurğulayıb.

Türkiyəli diplomat xatırladıb ki, Türkiyə Azərbaycan iqtisadiyyatına 7-8 mlrd. dollar həcmində sərmayə yatırıb. Bu məbləğin daha da artırılması üçün İ.A.Coşkun daha geniş təbliğatın aparılmasını vacib sayır: «Türk sərmayəçisi rəqabətdən çəkinmir, istənilən şərtlər çərçivəsində hər bazarda özünə yer tapa bilir. Mən iri sərmayəçiləri deyil, orta biznesi nəzərdə tuturam. Bu potensialın Azərbaycanda daha da çox olmasını təmin etməliyik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR