ADNA-da ixtisasartırma kurslarının açılışı olub

ADNA-da ixtisasartırma kurslarının açılışı olub
# 28 oktyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ixtisasartırma kurslarının açılışı olub.

APA-nın xəbərinə görə, tədbirdə qonaqları salamlayan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev bildirib ki, artıq dördüncü dəfədir neft sahəsində işləyən mütəxəssislər üçün ixtisasartırma kursları keçirilir, lakin bu kurslar yeni formatda keçiriləcək: “Bu kurs çərçivəsində aparıcı neft hasil edən ölkələrin şirkətlərinin nümayəndələri ilə bir masa arxasında yeni əməkdaşlığın təməlini qoya bilərik”.

Onun sözlərinə görə, 28 oktyabrdan 5 noyabra qədər davam edəcək kurslar üç mərhələdən ibarət olacaq: “Növbəti kurslar başqa bir ölkədə keçirilə və bizim mütəxəssislər orda iştirak edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR