Azərbaycanlı ABŞ-ın Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvü seçilib

Azərbaycanlı ABŞ-ın Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvü seçilib
# 06 noyabr 2013 12:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru Adil Bağırov ABŞ-ın Ohayo ştatının Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvlüyünə keçirilmiş seçkilərdə öz namizədliyini irəli sürüb. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, 5 noyabr tarixində yekunlaşan səsvermədə Adil Bağırov və digər 3 namizəd seçkilərdə qalib gələrək növbəti 4 illiyə Təhsil Şurasına üzv seçiliblər.

Deyton Dövlət Məktəbləri Təhsil Şurası 1831-ci ildən fəaliyyət göstərir. Şuraya ilk seçkilər 1855-ci ildə keçirilib. Şura 7 üzvdən ibarətdir və hər 4 ildən bir yeni üzvlər seçilir. Şuranın yaradılmasında məqsəd ictimaiyyət nümayəndələrinin və vətəndaşların təhsil prosesində fəal iştirakının təmin olunmasıdır. Hazırda 15313 tələbə burada təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR