ABŞ İrana görə daha bir neçə fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

ABŞ İrana görə daha bir neçə fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
# 29 aprel 2014 22:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ İrana görə daha bir neçə fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyi aprelin 29-da yaydığı bəyanatda həmin fiziki şəxsləri İrana qarşı tətbiq olunmuş neft sanksiyalarını pozmaqda, hüquqi şəxsləri isə bu ölkənin raket proqramının inkişafı ilə əməkdaşlıqda ittiham edib. Belə ki, çinli iş adamı Karl Li (Li Fang Vey), dubaylı biznesmen Səid əl-Əqli, pakistanlı tacir Ənvər Kamal Nizami və digər fiziki şəxslər “qara siyahı”ya salınanlar arasındadırlar. Bundan əlavə, Çinin 8 şirkətinə də sanksiya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR