«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb
# 30 sentyabr 2013 13:47 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, jurnalın bu sayında Azərbaycanın kredit reytinqi, ölkədə makroiqtisadi siyasətin elementi olan pul kütləsinin həcmi ilə inflyasiya səviyyəsi arasında tarazlıq, ölkədə avtonəqliyyat məsuliyyətinin icbari sığortasında tətbiq edilən Bonus-Malus sistemi barədə analitik məqalələr, hazırda səhiyyə sahəsində ən aktual problemlərdən olan qeysəriyə əməliyyatları barədə araşdırma və s. məqalələr yer alıb. Həmçinin, ölkədəki sığorta şirkətlərinin yanvar-avqust ayları üzrə və bank təşkilatlarının yarımillik renkinqləri dərc olunub.


Qeyd edək ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 42 buraxılışı işıq üzü görüb. «Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

«Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR