Rusiya Qırğızıstandakı döyüş təyyarələrinin sayını 2 dəfə artırır

Rusiya Qırğızıstandakı döyüş təyyarələrinin sayını 2 dəfə artırır
# 26 oktyabr 2013 09:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Rusiya Qırğızıstanın Kant şəhərində yerləşən aviabazasındakı döyüş təyyarələrinin sayını iki dəfə artıracaq. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu ilin dekabrına qədər yeni döyüş təyyarələrinin Kant şəhərindəki bazaya göndərilməsini təmin edəcək.

Qeyd edək ki, Rusiyanın Kant şəhərindəki hərbi baza 10 il əvvəl, oktyabrın 23-də açılıb. Bu, SSRİ parçalandıqdan sonra Rusiyanın xarici ölkə ərazisində yaradılan ilk hərbi bazasıdır. Hərbi bazada 250 zabit və 150 əsgər xidmət çəkir. Bu, həm də Rusiyanın Mərkəzi Asiyada yeganə aviabazasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR