DSMF sədri Tovuzda vətəndaşlarla görüşüb - FOTO - VİDEO

DSMF sədri Tovuzda vətəndaşlarla görüşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2013 08:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün Fondun Tovuz rayon şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qəbula gəlmiş vətəndaşların DSMF-nin həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qurumun Tovuz rayon şöbəsinə aparılıb-gətirilməsi təmin olunub. Qəbul “Açıq qapı” şəraitində keçirilib və qəbula gələn bütün vətəndaşların müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin bir qismi pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri (əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi) ilə bağlı məsələləri əhatə edib. Müraciətlərin bir qismi isə fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.

Ümumilikdə bütün müraciətlər operativ qaydada araşdırılıb və onların bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən, müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR