Bir qrup gənc mitinq keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək

Bir qrup gənc mitinq keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək
# 16 may 2014 12:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bir qrup gənc mitinq keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas deyib.

O qeyd edib ki, mayın 18-ə təyin olunmuş mitinqə BŞİH tərəfindən razılıq verilmədiyi üçün mitinqlə bağlı bu quruma gələn həftə yenidən müraciət olunacaq: “Buna görə mayın 18-nə təyin etdiyimiz mitinqi təxirə saldıq”.

Xatırladaq ki, Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və REAL Hərəkatı üzvləri “siyasi məhbus”a azadlıq şüarı ilə mayın 18-də Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. Lakin qurum mitinq üçün yer ayırmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR