Gürcüstanın yeni prezidenti ilə Azərbaycan səfiri arasında görüş keçirilib - FOTO

Gürcüstanın yeni prezidenti ilə Azərbaycan səfiri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 15 noyabr 2013 11:02 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtındakı “Tbilisi Mariott” mehmanxanasında Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ilə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn arasında görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti səfirdən xahiş edib ki, yenidən Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyevə onun təbrikini çatdırsın: “Bizim münasibətlərimiz xüsusilə fəal və effektlidir və əsrlərdən bəri inkişaf edib”.

A. Hüseyn isə G. Marqvelaşvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edib. O, görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin təbrikini yeni seçilən prezident G. Marqvelişviliyə çatdırdığını bildirib: “Bizim ölkələr mehriban qonşuluq və əməkdaşlıq şəraitində inkişaf edəcək. Bunu yeni seçilən Gürcüstan prezidenti də bir daha təsdiqlədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR