Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq öldürüb
# 14 may 2014 10:07 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunun 398-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Şəmkir rayonunun Seyfəli kəndi ərazisində qeydə alınıb. Göygöl rayon sakini, 28 yaşlı Anar Səmədov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, Seyfəli kənd sakini, 36 yaşlı Araz Gülalı oğlu Hacıyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR