«Muğanbank» nizamnamə kapitalını artırır

«Muğanbank» nizamnamə kapitalını artırır
# 22 oktyabr 2013 09:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Muğanbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Məlumata əsasən, səhmlərin hər birinin nominal dəyəri 200 manat, emissiyanın həcmi 5 mln. manata bərabərdir. Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək.

Yerləşdirmənin nəticəsində bankın nizamnamə kapitalı 12,1% artırılaraq 46 305 800 manata çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR