Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdirilib
# 28 oktyabr 2013 14:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq tranşı yerləşdirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.

İstiqrazlar 100,1167% qiyməti ilə satışa çıxarılıb. İstiqrazların ödəmə tarixi 2023-cü ilin avqustun 23-dür.


Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti sentyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik illik 3% təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə oktyabrın 14-də başlanılıb. Bugünkü yerləşdirmə nəzərə alınmaqla hazırda 10 mln. manat həcmində istiqraz yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR