Qax rayonunda yanğın olub - VİDEO

Qax rayonunda yanğın olub - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 20:10 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın gecə saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyində Qax rayonu Qaşqaçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə Ayı Yatağı adlanan ərazidə bilinməyən səbəblərdən başlayan yanğını söndürmək üçün bu gün səhər saatlarında Fövqaladə Hallar Nazırliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 29 nəfərdən ibarət heyəti yüksək dağlıq əraziyə yollanıblar.

Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində yanğının qarşısı alınıb.Yanğın nəticəsində 4 hektar ərazidə yabanı kolluq hissə yanıb,1 hektar ərazi isə yanğından mühafizə olunub.

Yanğının böyüyərək meşə zolağına da keçməsinin qarşısı alınıb.

Faktla bağlı FHN-nin Qax rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR