Mingəçevirdə binanın zirzəmisindən kişi meyiti tapılıb

Mingəçevirdə binanın zirzəmisindən kişi meyiti tapılıb
# 27 may 2014 18:21 (UTC +04:00)

Şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Mingəçevirin Heydər Əliyev prospektindəki 30 saylı binanın zirzəmisindən naməlum kişi meyiti tapılıb.

Binanın sakinləri meyiti təsadüf nəticəsində aşkarlayıblar və dərhal şəhər polis şöbəsinə məlumat veriblər. Qətlə yetirilən kişinin şəxsiyyəti hələlik müəyyən edilməyib. Çürüyərək tanınmaz hala düşən meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR