Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTOSESSİYA

Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 may 2014 13:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin Hərbi Andı qəbul etmələri münasibətilə tədbirlər keçirilib. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə Hərbi Andı qəbul edən sərhədçi əsgərlərə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin təbrikləri çatdırılıb.

Mərasim iştirakçılarına Azərbaycanda dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı istiqamətində görülən işlər haqqında geniş məlumat verilib.

Gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təbrik edib və onların sərhədçi kimi formalaşmasında əməyi olan zabitlərə öz təşəkkürlərini bildiriblər.

Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra gənc əsgərlər Hərbi Andı qəbul ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR