Azərbaycanda kolleclərdə müəllim hazırlığının sayı kəskin şəkildə azaldılıb

Azərbaycanda kolleclərdə müəllim hazırlığının sayı kəskin şəkildə azaldılıb
# 12 iyun 2014 09:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında çıxışı zamanı deyib ki, kolleclərdə müəllim hazırlığının sayı kəskin şəkildə azaldılıb.

Onun sözlərinə görə, bu məsələdə məqsəd müəllim hazırlığında saya deyil, onların hazırlıq səviyyəsinə, biliyin artırılmasına önəm və diqqətin verilməsidir. Nazir qeyd edib ki, müəllimlərin hazırlığı bir neçə ixtisaslaşmış pedaqoji məktəbdə saxlanılıb. Bundan əlavə, müəllim hazırlığı yalnız müvafiq ali məktəblərdə həyata keçiriləcək: “Formal şəkildə bu qərarın qəbul edilməsi ilə dayanmaq fikrində deyilik. Növbəti addım müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin tədris etdiyi məzmunun optimallaşdırılması və bilik səviyyəsinin artırılmasından ibarət olacaq. Ali məktəblərə qəbul olanlar keyfiyyətli təhsilə yiyələnməli, müəyyən müddətdən sonra mütəxəssis olmalı, sonra təhsil sisteminə öz töhfələrini verməlidirlər”.


M.Cabbarov qeyd edib ki, son bir ildə ölkədə müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində islahatlar həyata keçirilib. Onun fikrincə, bu sahədə şəffaflığın təmin olunması, xüsusilə müəllimlərin işə qəbulu və yerdəyişməsində proseslərin elektronlaşdırılması şəffaflıq üçün imkanları genişləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR