Türkiyəli millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti 5 il üçün gözləntilərini açıqlayıblar

Türkiyəli millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti 5 il üçün gözləntilərini açıqlayıblar
# 10 oktyabr 2013 14:31 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkilərini izləmək üçün Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nejdet Ünüvar bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bu, gələcəkdə də davam edəcək: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan bunu dərk etməli və işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. İnanırıq ki, növbəti 5 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişə nail olmaq mümkün olacaq”.

TBMM-in deputatı Sinan Oğan qeyd edib ki, indi Azərbaycanın yüksək inkişafı və ölkənin hərbi potensialının artması bir sıra dövlətləri ciddi narahat edir. Ali Özgündüz isə qeyd edib ki, Ermənistan sülh yolu ilə Azərbaycan torpaqlarından çəkilmədən Türkiyə ilə Ermənistan arasında hansısa münasibətlərin qurulması və ya yaxınlaşmanın əldə edilməsi mümkün deyil: “Yalnız torpaqlar işğaldan azad olunandan sonra Ermənistanla hansısa münasibətlərin qurulmasından danışmaq olar”.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun isə vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyini həmişə dəstəkləyib və bundan sonra da dəstəyini davam etdirəcək: “Ermənistanın tezliklə tutduğu qeyri-konstruktiv mövqedən əl çəkəcəyinə ümid edirik”. İ.Coşqun Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də mövcud əməkdaşlığın bundan sonra da davam və inkişaf etdiriləcəyini qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR