Bakı sakinindən hədə-qorxu ilə xeyli miqdarda pul tələb edilib

Bakı sakinindən hədə-qorxu ilə xeyli miqdarda pul tələb edilib
# 04 oktyabr 2013 08:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakı sakininə hədə-qorxu gələrək ondan xeyli miqdarda pul tələb edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 3-də Bakı şəhər sakini Elçin Əliyev Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, bir qrup şəxs ona hədə-qorxu gələrək 19 min manat tələb edirlər. Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Seymur Abbasov, Natiq Orucov, Malik Süleymanov, Nizami Məmmədov və Mahir Əsədullayev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR