Bakıda Azərbaycan Şən və Hazırcavablar Klubu Liqası mövsümünün açılışı olacaq

Bakıda Azərbaycan Şən və Hazırcavablar Klubu Liqası mövsümünün açılışı olacaq
# 15 may 2014 13:03 (UTC +04:00)

Bakı . Gülnar Bəşirova– APA. Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə mayın 16-da Azərbaycan Şən və Hazırcavablar Klubu (ŞHK) Liqası mövsümünün açılışı, eyni zamanda 1/8 final mərhələsi keçiriləcək.

GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oyunda aşağıda adları çəkilən xarici komandalarla yanaşı, milli komandalar da yarışacaq:

Banket aparıcılarının yığması (Rusiya, Kazan);

Çeçenistan Respublikasının yığması (Rusiya);

Estoniya yığması (Estoniya);

Dağıstan yığması (Rusiya);

Qırğızıstan yığması (Qırğızıstan);

SV (Qazaxıstan);

Xabarovsk vilayətinin yığması (Rusiya);

Sərbəst güləş üzrə MDB yığması (Rusiya);

Bakı yığması (Bakı şəhəri);

Avtobus nömrə 7 (Sumqayıt şəhəri);

Zapad (Qərb Universiteti);

Kuraj (Bakı Slavyan Universiteti);

Miraj (Bakı Slavyan Universiteti);

Çak Norris (Azərbaycan Memarlıq və İnşaat Universiteti);

Fleş Royal (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı);

Azərbaycan Dillər Universitetinin Yığması (Azərbaycan Dillər Universiteti);

Bakı Dövlət Universitetinin Yığması (Bakı Dövlət Universiteti);

İqtisad Universitetinin Yığması (Azərbaycan Dövlət İqtisad Universiteti);

Abşeron KVN komandası (Bakı şəhəri).

Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq oyunun aparıcısı Aleksandr Maslyakov olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR